AZ

Beynəlxalq Qurama Festivalı Şuşa səfəri ilə başa çatdı

Bakı. Trend:

20-22 iyun tarixlərində “İçərişəhər” Dövlət Tarix-MemarlıqQoruğu İdarəsinin təşkilatçılığı və Türk Mədəniyyəti və İrsiFondunun tərəfdaşlığı ilə baş tutan Azərbaycanda ilk BeynəlxalqQurama Festivalı Şuşa səfəri ilə yekunlaşıb.

Trend xəbər verir ki, üç gün davam edən Beynəlxalq QuramaFestivalının açılışı 20 iyun tarixində Şirvanşahlar Sarayında baştutub. Festivalın ikinci günü -- 21 iyun tarixində “QuramaDayanıqlı sənət kimi: Eko-dost üsulların ənənələrlə sintezi” adlıbeynəlxalq seminar təşkil olunub. Seminarda türk dövlətlərinitəmsil edən quramaçı sənətkarlar, tədqiqatçılar və qurama sənətininhəvəskarları bir arayə gələrək, qurama sənətinin müxtəlifaspektləri, bu sahədə olan yeniliklər və təcrübələrini bölüşüb,gələcəkdə qurama sənətin inkişafı yollarına dair fikir mübadiləsiaparıblar. Seminar zamanı quramanın qədim mədəni irsi təmsil etməsiilə yanaşı, onun eko-dost sənət növü kimi də əhəmiyyəti xüsusivurğulanıb.

Festival çərçivəsində həmçinin, qurama sənəti üzrə İçərişəhərinmüxtəlif məkanlarında ustad dərsləri, “İçərişəhər” Muzey Mərkəzininfond kolleksiyasından olan qurama nümunələrinin və Qoşa Qalameydanında yerli və xarici quramaçı sənətkarların əl işlərininnümayişi təşkil olunub. Qazaxıstan, Qırğızıstan və Türkiyədən gələnquramaçı sənətkarlar "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğundayerləşən Qurama Mərkəzi ilə tanış olublar. Qoruq ərazisindəkiArxeoloji-Etnoqrafik Muzey Kompleksində nümayiş olunan yerliəhalinin əsrlər boyunca yaşadığı ənənəvi həyat tərzi qonaqlarınmarağına səbəb olub.

Bildirək ki, 22 iyun tarixində Beynəlxalq Qurama Festivalınınyerli və xarici iştirakçıları Azərbaycanın mədəniyyət paytaxtı olanŞuşa şəhərini ziyarət ediblər. Səfər zamanı quramaçı sənətkarlarınəl işlərinin və zəfər yolunu tərənnüm edən, üzərində xarı bülbültəsviri olan 44 metrlik quramanın nümayişi, eləcə də Tut bağındaziyarətçilərə üçün təşkil olunan ustad dərsi şəhər sakinləritərəfindən maraqla qarşılanıb.

Seçilən
68
11
az.trend.az

10Mənbələr