AZ

Lənkəranda itkin düşən 35 yaşlı kişinin meyiti TAPILDI  

Bu gün günorta saatlarında Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisində körpünün altında kişi meyiti tapılıb. 

Bizim.Media xəbər verir ki, dərhal hadisə yerinə aidiyyəti qurumların nümayəndələri cəlb olunub. 

Məlum olub ki, ölən şəxs ötən gündən itkin düşən Lənkəran rayon Sütəmurdov kənd sakini 1989-cu il təvəllüdlü Vüsal Əliqulu oglu Rəhimovdur.
İlkin məlumata görə, V.Rəhimov körpüdən yıxılaraq ölüb. Meyit aidiyyəti üzrə təhvil verilib. Ekspertizanın verəcəyi rəydən sonra ölümün dəqiq səbəbləri məlum olacaq. Faktla bağlı araşdırma aparılır. 

Sabutay, Bizim Media, Cənub bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
8
bizim.media

9Mənbələr