AZ

Paşinyan Putinə başsağlığı verdi

Ermənistanın baş naziri Nikol Paşinyan Dərbənd və Mahaçqalada baş vermiş terror aktı ilə əlaqədar Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı teleqramı göndərib. 

Demokrat.az xəbər verir ki, teleqramda deyilir. 

“Hörmətli Vladimir Vladimiroviç, 

Dərbənddə və Mahaçqalada baş vermiş, günahsız vətəndaşların və hüquq-mühafizə orqanları əməkdaşlarının ölümünə səbəb olan dəhşətli terror aktları ilə bağlı faciəvi xəbəri dərin hüznlə qarşıladım. 

Ermənistan Respublikası bu terror aktını qətiyyətlə pisləyir və zorakılığın istənilən təzahürünü qəbuledilməz hesab edir.  Dərmanlar

Ermənistan xalqı və şəxsən öz adımdan həlak olanların ailələrinə və yaxınlarına başsağlığı və dəstək sözlərini çatdırır, bütün qurbanların tezliklə sağalmasını arzulayıram”. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
8
demokrat.az

10Mənbələr