AZ

Bank of Baku-da yeni təyinat

Hacılı Zamin Dilafət oğlu Bank of Baku-da İdarə Heyətinin üzvü (Risk və komplayens üzrə), Baş risk inzibatçısı vəzifəsinə təyin olunub. 

Bu barədə Marja-ya Bankdan bildirilib.

Qeyd edilib ki, Zamin Hacılı iş fəaliyyətinə 2003-cü ildə başlayıb. 2007-ci ildən etibarən isə Bank of Baku-da çalışıb. 2015-2018-ci illərdə Daxili audit departamentinin direktor müavini, 2018-ci ildən cari təyinata qədər isə Daxili audit departamentinin direktoru vəzifəsini yerinə yetirib.

O, 1999-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq İqtisadi Əlaqələr üzrə bakalavr təhsili alıb. Daha sonra 2003-2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq İqtisadi Əlaqələr üzrə magistr dərəcəsini əldə edib.

 

Zamin Hacılı Bank of Baku
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
8
marja.az

8Mənbələr