AZ

Həcc ziyarətinə gedən ilk zəvvar qrupu bu həftə Azərbaycana qayıdacaq

"Həcc ziyarətinə gedən ilk zəvvar qrupu iyunun 26-da Azərbaycana geri dönəcək".
 
Moderator.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri bildirib.
 
Onun sözlərinə görə, ilk zəvvar qrupunda 180 nəfər olacaq:
 
“İlk zəvvar qrupumuz artıq dünən Mədinəyə gəlib. Onlar Mədinə ziyarətgahlarını, tarixi, görməli yerlərini gəzəcəklər”.
 
Vüsal Cahangiri qeyd edib ki, Azərbaycandan Həcc ziyarətinə gedən sonuncu zəvvar qrupu isə iyulun 1-də geri dönəcək.
 
Seçilən
60
19
moderator.az

10Mənbələr