AZ

Türkiyə millisində İTKİ

Türkiyə yığması qapıçısı Doğan Alemdarı itirib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, qolkiper məşq zamanı zədələnib.

Onun dizinin ön çarpaz bağlarında qopma əmələ gəlib. Bu səbəbdən də 21 yaşlı qolkiper yığmadan ayrılıb. Onu "Başakşəhər"dən Muhammed Şəngəzər əvəzləyib.

Qeyd edək ki, F qrupunun son oyununda Türkiyə iyunun 26-da Çexiya ilə qarşılaşacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
3
milli.az

4Mənbələr