AZ

"Karib dənizinin quldurları"nın aktyorunu köpəkbalığı parçaladı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Karib dənizinin quldurları: Qəribə sahillərdə" filmində rol aldıqdan sonra məşhurlaşan dünyaşöhrətli sörfçü Tamayo Perri Havay adalarında köpəkbalığının hücumuna məruz qalıb.
Həlak olan aktyorun bir qolu və ayağı olmayan bədənini dalğalar sahilə çıxarıb.
49 yaşlı Perrinin cəsədi Havay arxipelaqının Oahu adasının şimal sahilində, Malaekahana çimərliyində yerli sörfçülər tərəfindən tapılıb.
Xilasedici kimi işləyən sörfçünün faciə baş verən gün işinə fasilə verdiyi və "dalğaları tutmağa" çalışdığı bildirilir.
Tibb işçiləri xilasedicilərin sahilə çıxardıqları Tamayo Perrinin artıq ölmüş olduğunu bildiriblər.
1975-ci ildə anadan olan Tamayo Perri 12 yaşında sörfinqlə məşğul olmağa başlayıb. Nüfuzlu "Pipeline Masters" turnirinin qalibi olan Perri tanınmış sörfçülərdən biri olub, böyük dalğaların ram edilməsində ustalığı ilə fərqlənib.
"İtirilmişlər" ("Lost") və "Havay polisi" ("Hawaii Police") seriallarında, daha sonra isə "Mavi dalğa" ("Blue Wave") və "Karib dənizinin quldurları: Qəribə sahillərdə" ("Pirates of the Caribbean: On Stranger Tides") kimi Hollivud filmlərində rol alıb.
Bundan əlavə, Perri məşhur şirkətlərin reklamlarında, həmçinin çox sayda populyar sörfinq videolarında çəkilib.
2016-cı ildə həyat yoldaşı Emilia ilə birlikdə "Oahuda sörfinq üçün bələdçi"ni hazırlayıb.
Mənbə: "Stab Magazine"
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
135
50
oxu.az

10Mənbələr