AZ

ABŞ səfiri Rusiya XİN-ə çağırıldı

ABŞ-nin Rusiyadakı səfiri Linn Treysi bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

“Linn Treysi ilə söhbət zamanı ona Vaşinqtonun himayə etdiyi və silahlandırdığı Kiyev rejiminin Sevastopolun mülki əhalisinə hədəflənmiş raket hücumu, çoxsaylı itkilərə səbəb olan yeni qanlı cinayəti ilə bağlı demarş edilib. ABŞ Kiyevin Rusiya ərazisinə zərbələr endirməsini təşviq etdiyi üçün Rusiya cavab tədbirləri görəcək. Rusiyaya qarşı hibrid müharibə aparan və faktiki olaraq münaqişə tərəfinə çevrilən ABŞ Ukrayna Silahlı Qüvvələrini ən müasir silahlarla təmin edir.

Səfirə bildirilib ki, Vaşinqtonun Rusiya ərazisinin dərinliklərinə zərbə endirmək icazəsi verməklə Ukraynanın nasistyönlü hakimiyyətini “son ukraynalıya” qədər döyüşləri davam etdirməyə sövq etmək məqsədi daşıyan bu cür hərəkətləri cəzasız qalmayacaq. Cavab tədbirləri mütləq davam edəcək.

Sevastopol sakinlərinə qarşı istifadə edilən kaset başlıqlı ATACMS raketləri, onların hədəfə alınması və uçuş missiyalarının tətbiqi Amerika hərbi mütəxəssisləri tərəfindən həyata keçirilir, bu vəhşiliyə görə Kiyev rejimi ilə bərabər məsuliyyət daşıyır”, - açıqlamada qeyd olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
20
redaktor.az

10Mənbələr