AZ

Yeni Kaledoniyada etirazçılarla polis arasında toqquşmalar baş verib

Fransanın dənizaşırı Yeni Kaledoniya ərazisində iyunun 24-də gecə saatlarında etirazçılarla polis arasında toqquşmalar yenidən başlayıb.

NOCOMMENT.az xəbər verir ki, məlumata görə, Pen və Mare adaları daxil olmaqla, bütün Yeni Kaledoniyada iğtişaşlar gedir.

Etirazların yatırılması üçün çoxsaylı əlavə qüvvələr cəlb olunub. Gərgin vəziyyət hələ də davam edir. Bu gün bir çox məktəb təhlükəsizlik səbəbi ilə bağlanıb.

Xatırladaq ki, Yeni Kaledoniyada iğtişaşlar mayın 13-də başlayıb. Bunun səbəbi Parisin yeni seçicilərə – 10 ildən çoxdur Yeni Kaledoniyada yaşayanlara yerli seçkilərdə səs vermək hüququ vermək qərarı ilə bağlıdır. Yerli əhali bu qərarın əleyhinə çıxıb.

İyunun 12-də Fransa Prezidenti Emmanuel Makron Yeni Kaledoniyada seçki islahatlarının dayandırıldığını açıqlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
5
nocomment.az

5Mənbələr