AZ

Komitə sədri: "Qanuna dəyişiklik torpaq sahiblərinin işini xeyli asanlaşdıracaq"

Torpaq Məcələsinə kənd təsərrüfatı təyinatlı torpaqlarda tikinti ilə bağlı edilən dəyişiklik torpaq mülkiyyətçilərin işini xeyli asanlaşdıracaq.

FED.az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

O qeyd edib ki, hazırda kənd təsərrfüatı təyinatlı torpaqlarda tikintiyə icazə verilmir.

“Bunun üçün toropaq mülkiyyətçisi mütləq bir neçə mərhələdən keçməli və tikintiyə icazə almalıdır. Bu da uzun vaxt tələb ediri və bəzi hallarda mümkün olmur. Ona görə dəyişiklik aqrar sahədə inkişafın təmin edilməsinə imkan verəcək”, - deyə T.Rzayev əlavə edib.

Qeyd edək ki, Məcəlləyə təklif edilən dəyişikliyə əsasə, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün nəzərdə tutulmuş, habelə işçilərin (personalın) müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı əsaslı tikililər sahəsi 5 hektardan az olmayan və vahid sərhəd daxilində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin (yay və qış otlaqları, ümumi istifadədə örüş sahələri istisna olmaqla) 1 faizindən artıq olmayan hissəsində inşa edilə və quraşdırıla bilər.

Dəyişiklik Milli Məclisdə birinci oxunuşda təsdiq edilib. (Trend)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
1
fed.az

2Mənbələr