AZ

""Azərsu" ASC-nin sədri vəzifəsini icra edən Köçərli Həsənov işə məsuliyyətlə yanaşmalıdır" — Deputatdan İRAD

“Mən vaxtilə vəzifəli şəxslərə “nə üçün Bakının kanalizasiya sistemi yenidən qurulmur?” deyəndə cavab verdilər ki, “bilirsiniz nə var, buna milyardlarla pul lazımdır”. Başa düşürəm, amma hər bir halda kanalizasiya sistemini, xüsusən, Bakı qəsəbələrində də, mərkəzdə də yenidən qurmağa ehtiyac var axı. Hissə-hissə də olsa, daha aktual olan yerlərdə yeni sistem qurulmalıdır. Sən görürsən ki, yağış yağır və harada gölməçələr əmələ gəldi, hansı küçələr bağlandı... Axı bu görünür. Heç olmasa həmin küçələri birinci növbədə düzəldərək normal hala salmaq lazımdır. Təbii ki, “Azərsu” ASC-nin sabiq sədri Qorxmaz Hüseynovu əvəz edən Köçərli Həsənov buna məsuliyyətlə yanaşmalıdır. Lap spesifik olaraq deyə bilmərəm, amma faktdır ki, əhali narazıdır. Prezidentimiz məsələni sizə həvalə edib, etibar edib. Siz bu işə elə məsuliyyətlə yanaşmalısınız ki, xalq hökumətdən narazı qalmasın. Etmirsiniz axı. Məsuliyyətlə yanaşın!”

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib. 



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
9
demokrat.az

9Mənbələr