AZ

Türkiyə millisinin son oyunundan sonra... - Eldəniz Əzizli

Bakı. Trend:

Avropa çempionatında Türkiyə millisinin qalib olmağınıistəyirəm.

Trend xəbər verir ki,unuİdman.biz-əAzərbaycan millisinin yunan-Roma güləşçisi Eldəniz Əzizli (55 kq)deyib.

Üçqat dünya çempionu Almaniyada futbol üzrə keçirilən Avropaçempionatı ilə bağlı fikirlərini açıqlayıb. Hər bir oyunuizlədiyini deyən Əzizlinin sözlərinə görə, qitə birinciliyininyekununu indidən proqnoz vermək çətindir: "Uşaqlıqdan Portuqaliyakomandasına azarkeşlik edirəm. Ancaq bu çempionatda daha güclükomandalar var. Onlardan biri İspaniyadır. Bu komandanın hazırkıheyəti çox güclüdür və sürətli futbol oynayırlar. Bundan savayı,Almaniya komandası da mükəmməl futbol nümayiş etdirir. Nəzərə alsaqki, çempionat Almaniyada keçirilir, bu onlar üçün əlavə stimuldur.Fransanın heyətinə baxanda da güclü futbolçular görürük. Düşünürəmki, bu üç komandadan biri qalib gələcək. Portuqaliyaya azarkeşliketsəm də, Avropa çempionatında Türkiyə millisinin qalib olmağınıistəyirəm. Amma “ay-ulduzlular”ın son oyunundan sonra məlum olduki, çempionluq haqqında nəsə demək çox çətindir. Ümid edirəm ki,qalib olmasa belə Türkiyə bundan sonra daha yaxşı oynayar. Düzü, buda çətin görünür".

Qeyd edək ki, Türkiyə və Portuqaliya milliləri F qrupunda qrupdayer alıblar. “Ay-ulduzlular” 3 xal topladıqları halda, KriştianoRonaldonun komandası 6 xalla növbəti mərhələni təmin ediblər.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
2
az.trend.az

3Mənbələr