AZ

“Trabzonspor”dan 5 transfer

“Trabzonspor” 5 yeni futbolçu ilə anlaşıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ozan Tufan, Denis Draquş, Con Landstrem, Borna Barişiç ve Antoni Nvakaemenin transferi açıqlanıb. Bütün futbolçular azad agent kimi Trabzon təmsilçisinə keçir.

Nigeriyalı hücumçu Entoni Nvakaeme 2018-2022-ci illərdə də “Trabzonspor”da çıxış edib. O, bu komandada 120 oyuna 41 qol vurub. İngiltərəli yarımmüdafiəçi Landstrem “Everton”, “Şeffild Yunayted” və “Reyncers” kimi klublarda oynayıb. Rumıniya millisinin üzvü, hücumçu Draquşun son klubu “Qaziantep” olub. Xorvatiyalı müdafiəçi Borna Barişiç isə Zaqreb “Dinamo”su, “Osiyek” və “Reyncers”də çıxış edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
5
futbolinfo.az

6Mənbələr