AZ

Vətən müharibəsi şəhidinin doğum günündə xatirəsi anılıb FOTOLAR

İyun ayının 24-də YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov, Şəhid valideynləri, ictimaiyyət nümayəndələri Vətən müharibəsində böyük rəşadət və igidlik göstərərək Şəhidlik zirvəsinə ucalmış Abdullazadə Teymur Faiq oğlunun doğum günü ilə əlaqədar ailəsini ziyarət ediblər. Görüşdə qəhrəmanımızın şərəfli döyüş yolundan danışılaraq xatirəsi anılıb. Bildirilib ki, Azərbaycan xalqının qüruru, fəxri olan Şəhidlərimizin xatirəsinin bundan sonra da daim əziz tutulacaq və dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən şəhid Abdullazadə Teymur Faiq oğlu ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü “ və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Allah rəhmət etsin!

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
3
sesqazeti.az

6Mənbələr