AZ

Məşhur tennisçi vəfat etdi

Məşhur tennisçi, televiziya şərhçisi, SSRİ-nin əməkdar idman ustası Anna Dmitriyeva 84 yaşında vəfat edib.

Sportnet.az xəbər verir ki, bu barədə Rusiya Tennis Federasiyası məlumat yayıb.

Onun ölümünün səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Anna Dmitriyeva müxtəlif kateqoriyalar üzrə 18 dəfə SSRİ çempionu olub. O, Beynəlxalq Tennis Federasiyasının (ITF) 12 turnirində qalib gəlib. 1964-cü ildə SSRİ-nin əməkdar idman ustası adına layiq görülən Dmitriyeva 1975-ci ildən şərhçi kimi fəaliyyət göstərib.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
7
sportnet.az

8Mənbələr