AZ

Fransızlar Makronu Romanı yandıran Neronla müqayisə edirlər - ABC nəşri

Bakı. Trend:

Fransa Prezidenti Emmanuel Makronun Avropa Parlamentinəseçkilərdə məğlubiyyətindən sonra növbədənkənar seçkilər təyinetmək qərarının ardından onu Romanı yandıran imperator Neronlamüqayisə edirlər. Fransızlara görə, Makron Milli Assambleyada 577yer uğrunda 4 min namizədin mübarizə apardığı siyasi mina sahəsiniyandırıb.

Trend xəbər verir ki, bu barədə İspaniyanın ABC qəzetinin onlaynversiyası yazır.

“Le Figaro” nəşri “Bizim Neronumuz var” sərlövhəsi ilə yazı dərcedib, onun ardında “Le Point” əlavə edir: “Makron Neronla müqayisəediləcək bir narsisdir”. İllüstrator Alen Qutal isə “Mediapart”daMacron-Neron yanan Roma-Fransanın seyr edir rəsmini dərc edib vədeyir: “O, kibritlə oynadı və yanğın törətdi. Mənə fleyta və yalira verin ki, sonuncu mahnını improvizə edə bilim”.

Neron Qədim Roma imperatorudur və antik dövrün yazıçısıSvetoniyin iddiasına görə, Romanı öz zövqünə uyğun yenidən tikməküçün bu şəhəri atəşə verib.

Sabiq Baş nazir Eduard Filipp bəyan edir: “Prezident ətrafındakıçoxluğu məhv etdi”, keçmiş daxili işlər naziri Jan-Lui Debre isəhesab edir ki, Makron sol və sağçı populizmin yüksəlişinə töhfəverib”.

Milli Assambleyanın buraxılmasının təşəbbüskarı olan EmmanuelMakron “minor” əhvali-ruhiyyədə olduğunu yazan nəşr əlavə edir ki,bütün proqnozlara görə, onun yaratdığı partiya böyük uğursuzluqərəfəsindədir; bir vaxtlar sadiq köməkçiləri və yoldaşları olmuşinsanlar indi ondan uzaqlaşmağa çalışırlar.

Parisin “Le Figaro” qəzetinin qeyd etdiyi kimi, “Prezidentinətrafındakı siyasi mənzərənin üzərini çatlar bürüyüb və onunpopulyarlığının azalması səbəbindən müttəfiqlər indi planlarınıdəyişmək məcburiyyətindədir”. Onun nüfuzu indi ən aşağısəviyyədədir - fransızların dörddə üçü Makrona etibar etməkdənimtina edir. Ondan açıq şəkildə narazı qalanlar arasında“Demokratik hərəkat”dan olan mərkəzçilərin tarixi lideri FransuaBayru da öz tərəfdarlarına seçki kampaniyası zamanı Makronun adınıçəkməməyi tapşırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
2
az.trend.az

3Mənbələr