AZ

İşğaldan azad edilmiş ərazilərdə daha 187 mina AŞKARLANDI 

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (17.06.2024 -23.06.2024) açıqlanıb. 

ANAMA-dan Bizim.Media-ya verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 79 piyada əleyhinə mina, 108 tank əleyhinə mina, 204 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. 

Bildirilib ki, 946,3 hektar ərazi mina və PHS-lərdən təmizlənib. 

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
28
bizim.media

10Mənbələr