AZ

Paşinyana 8 il öncəki videosu: Xəndək qazır...

Ermənistanın Baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında 8 il əvvəl Kotayk rayonunda xəndək qazması əks olunan görüntülər paylaşıb.
Sherg.az Globalinfo.az-a istinadla xəbər verir ki, baş nazir videonun 2016-cı ildə çəkildiyini və iyunun 23-də ona sürpriz hədiyyə kimi göndərildiyini bildirib.

N.Paşinyan həmin vaxt hazırkı hakim "Mülkü müqavilə" fraksiyasının üzvləri ilə birlikdə Kotayk rayonunda xəndək qazdığını, fraksiya üzvlərindən olmayan bir şəxsin isə kənardan onları lentə aldığını qeyd edib.

Baş nazir 8 il əvvəl xəndək qazan həmin şəxslərin bu gün yüksək rütbəli məmurlar – nazirlər, icra orqanlarının rəhbərləri, deputatlar və s. olduğunu deyib.

Qeyd edək ki, görüntülər Aprel döyüşlərinin baş verdiyi il çəkilib. Maraqlıdır ki, xəndəklərin qazıldığı Kotayk rayonu Ermənistanın sərhəd xətlərində yerləşməyən ərazi olaraq tanınır.

Telegram Widget
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Ermənistanın Baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında 8 il əvvəl Kotayk rayonunda xəndək qazması əks olunan görüntülər paylaşıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
4
sherg.az

5Mənbələr