AZ

Təkrar istifadə oluna bilən raketin sınağı keçirildi

Bakı. Trend:

Çinli mühəndislərin hazırladığı təkrar istifadə oluna biləndaşıyıcı raketin şaquli qalxma-enmə sınağı uğurla icra edilib.

Trend xəbər verir ki, raket 12 kilometr hündürlüyə qalxdıqdansonra yerə enib.

Bu, daşıyıcı raketin ən hündür qalxma-enmə uçuşu olub.

“Çin kosmos elmləri və texnologiyaları” korporasiyasınınnəzdindəki “Şanxay kosmos uçuşu texnologiyası akademiyası”nınhazırladığı raketin sınağı iyunun 23-də Ciüçüən kosmodromundakeçirilib. Maye oksigen-metan ilə çalışan və diametri 3,8 metr olanraketin ümumi uçuş müddəti 6 dəqiqə çəkib.

Çinli mütəxəssislər növbəti mərhələdə raketin 70 kilometrhündürlüyə qalxıb-enmə sınağını həyata keçirməyiplanlaşdırıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
12
az.trend.az

10Mənbələr