AZ

İran və Bəhreyn 8 ildən sonra münasibətləri normallaşdırır

İran və Bəhreyn 8 ildən sonra diplomatik əlaqələrin bərpası üçün ikitərəfli danışıqlara başlamaq qərarına gəlib.

İran xarici işlər nazirinin müavini Əli Baqiri və Bəhreyn xarici işlər naziri Əbdüllətif bin Rəşid əl-Zeyyani paytaxt Tehranda görüşüb.

Görüşdən sonra yayılan birgə bəyanatda, iki nazirin Tehran və Manama arasında 8 il əvvəl kəsilən diplomatik əlaqələrin bərpası üçün ikitərəfli danışıqlara başlamaq barədə razılığa gəlindiyi bildirilib.

Qeyd edək ki, Bəhreynin xarici işlər naziri Zeyyani Asiya Əməkdaşlıq Dialoqu Xarici İşlər Nazirləri Toplantısında iştirak etmək üçün Tehrana gəlib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
7
aznews.az

10Mənbələr