AZ

Son beş il Aİ tarixində ən uğursuz dövrdür - Viktor Orban

Bakı. Trend:

Macarıstanın Baş naziri Viktor Orban Avropa Komissiyasının sədriUrsula von der Lyayenin bu vəzifəyə ikinci müddətə seçilməsinəqarşı çıxıb.

Trend xəbər verir ki, Orban bu barədə “Funke” media qrupununjurnalistinin sualına cavab verərkən deyib.

“Yaşıl transformasiya tam uğursuz idarəçilikdir, miqrasiyapaketi heç bir problemi həll etmir. Avropanın daha yaxşı liderliyəehtiyacı var və bunu bacaran kifayət qədər istedadlı siyasətçilərmövcuddur”, - deyə Viktor Orban bildirib.

Avropa Parlamentinə seçkilərin nəticələrindən danışan siyasətçionun uğursuzluqlarını xüsusilə vurğulayıb. “Son beş il Avropaİttifaqı tarixində ən uğursuz dövrdür. Avropa Komissiyasının vəBrüsseldəki elitanın nəticələri zəif olub”, - deyə Macarıstanınhökumət başçısı əlavə edib.

Qeyd edək ki, Ursula fon der Lyayen ikinci müddətə AvropaKomissiyasının rəhbəri olmaq istəyir. Bunun üçün Aİ liderləri onunnamizədliyini yeni Avropa Parlamentinin plenar iclasında səsverməyəçıxarmalıdır və o, ən az 361 deputatın səsini qazanmalıdır.

Bu gün Brüsseldə Avropa İttifaqı ölkələrinin qeyri-rəsmi sammitikeçirilir. Görüş iştirakçıları sammit çərçivəsində növbəti beş ilüçün strateji gündəliyi, həmçinin, Avropa Komissiyası, Avropaİttifaqı Şurası və Avropa İttifaqının rəhbər postlarına namizədlərimüzakirə edəcəklər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
4
az.trend.az

5Mənbələr