AZ

Məşhur aktyor köpək balığının hücumu nəticəsində ölüb - FOTO

"Karib dənizinin quldurları" filminin 4-cü bölümündə rol alan xilasedici və aktyor Tamayo Perri köpək balığının hücumuna məruz qalaraq həlak olub.

Qaziler.az bu barədə “Sky News”a istinadla bildirir. Nəşrin məlumatına görə, fövqəladə hadisə Havay adalarının Oahu adasında baş verib.

Qeyd olunub ki, 49 yaşlı Perri hadisə yerindəcə dünyasını dəyişib. Daha sonra sahilə çıxan, bir qolu və ayağı olmayan aktyorun cəsədi yerli sörfçülər tərəfindən aşkar edilib.

Qeyd olunur ki, okean təhlükəsizliyi rəsmiləri ərazidə yırtıcı heyvanların olması barədə xəbərdarlıq ediblər.

2016-cı ildən Perri xilasedici kimi çalışır. O, həmçinin filmlərdə rol alıb, aktyorun ən məşhur əsərləri “Charlie's Angels: Full Throttle” və “Pirates of the Caribbean: On the Stranger Tides” serialları olub.

QAZİLER.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
42
qaziler.az

10Mənbələr