AZ

Azərbaycanda yaxşı sərmayə mühiti var

Azərbaycana marağın artması əsas reallıqlarımız sırasındadır.   Son illər Azərbaycanda nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi daha geniş miqyas alıb. Artıq işğaldan azad edilmiş ərazilərimizdə - Şuşa, Cıdır düzü, Suqovuşanda beynəlxalq tədbirlərin, musiqi festivallarının, idman yarışlarının keçirilməsinə ev sahibliyi edir. Paytaxt Bakıda isə mötəbər tədbirlərin keçirilməsi artıq ənənə halını alıb. Həmin tədbirlər daim dünyanın diqqət mərkəzində olur. Tanınmış televiziya kanallarının həmin tədbirlərdən reportajlar hazırlaması, həmçinin Prezident İlham Əliyevdən müsahibə alması dövlətimizin başçısının və ölkəmizin reytinqinin getdikcə artmasının nəticəsidir. Bu günlərdə Prezident İlham Əliyevin də müsahibəsinin yer aldığı “Euronews” televiziyasında Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərindən reportaj yayımlanıb. Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev iyunun 21-də “Euronews” televiziyasına verdiyi müsahibəsində deyib.

Dövlət başçısının sözlərinə görə, “Masdar” bizim bərpaolunan enerji sahəsində strateji tərəfdaşımızdır: "Ötən ilin oktyabrında biz 230 meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışını etdik. Bu gün isə ümumi gücü 1 qiqavat olan üç günəş və külək enerjisi stansiyalarının təməlqoyma mərasimini keçirdik. Bu, yalnız başlanğıcdır, çünki biz orta perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələri və anlaşma memorandumlarını icra etməyi planlaşdırırıq. Hədəfimiz belədir, potensial var".

"Siz Günəşi, istəyimizi və o cümlədən küləyi görə bilərsiniz. Yaxşı sərmayə mühiti var. Bu, həqiqətən göstərir ki, ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir", - Prezident vurğulayıb.  Bu sözləri cənab Preziden İlham Əliyev 21 iyun tarixində “Euronews”a verdiyi müsahibəsi zamanı bildirib.   Cənab Prezident onu da qeyd edib ki, hər yeni iş qeyri-müəyyənliklərlə dolu olur. Lakin bizim böyük tərəfdaşlarımızvar.  Artıq qeyd etdim, “Masdar” strateji tərəfdaşdır.  Həmçinin“ACWA Power” var.  Daha sonra, BP sərmayədarlarımız   sırasındadır və bizimlə işləməyi planlaşdıran digər ölkələrin birçox şirkətləri var.  Bir sözlə, biz neft və qaz sahəsində hər şeyibaşdan ayağa bilirik.  Burada isə biz təzə başlayırıq. Çətinliklərə gəldikdə, bu, milli enerji şəbəkəsi ilə bağlıdır, çünki biz onu gücləndirməliyik ki, sərmayədarların verdiyi mümkün qədər çoxenerjini qəbul edə bilsin. Digər çətinlik ötürülmə xətləri ilə bağlıdır, çünki bu halda biz öz qonşularımızla fəal çalışmalıyıq. Azərbaycanın öznə planlaşdırdığımız qədər bərpaolunan enerji lazım deyil və bu səbəbdən hədəfimiz ixracdır. Bərpaolunan  enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməlidir ki, elektrik enerjisi maksimum istehsal olunsun və təbii qaza qənaət edilsin ki, o, əsasən indi Avropaya lazım olan qaydada nəql olunsun. Yalnız daxili gündəliyimizdən asılı olan  və həll edilməli bir çox məsələlər, şübhə etmirəm ki, tam reallaşacaq. Lakin beynəlxalq tərəfdaşlıq tələb edən məsələləri biz tərəfdaşlarımızla həll etməliyik.

 “Ev sahibliyi edən ölkə kimi, Azərbaycanın əsas məqsədlərindən biri birlik və həmrəylik yaratmaqdır. Qarşıya qoyulan prioritet vəzifələrdən biri Azərbaycanın sədrliyi ilə keçirilən bütün tədbirlərdə və ondan sonra da elə bir mühit yaratmaqdır ki, ölkələr və şirkətlər bir-biri ilə istəklə işləsinlər. Dövlət başçımızın dediyi kimi, qarşılıqlı iddiaları kənara qoysunlar, planetin qorunması ilə əlaqədar əsas gündəliyə diqqət yetirsinlər”

Vüqar Ələkbərov,
Bakı şəhəri, Xətai  rayonu, 249 saylı orta məktəbin tarix müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
7
ikisahil.az

10Mənbələr