AZ

Daxili siyasətZəngilanda Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu çərçivəsində panel müzakirələr başlayıb - YENİLƏNİB

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu çərçivəsində panel müzakirələr başlayıb.

"Report" xəbər verir ki, Zəngilan şəhərində keçirilən ilk panel müzakirəsi "Azərbaycan qeyri-hökumət təşkilatları nəticələr və hədəflər" mövzusuna həsr olunub.

"Bakı Resurs Mərkəzi" İctimai Birliyinin sədri Rauf Zeyninin moderatorluğu ilə baş tutan müzakirələrdə Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli, Qərbi Azərbaycan İcmasının sədr müavini, deputat Hikmət Babaoğlu, "Bakı Təşəbbüs Qrupu" İctimai Birliyinin sədri Abbas Abbasov, "Erməni Təcavüzünün Tanıdılması" İctimai Birliyinin sədri Səriyyə Cəfərova iştirak edirlər.

12:05

Zəngilanda Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu başlayıb.

"Report" xəbər verir ki, tədbir Zəngilan Konqres Mərkəzində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Milli QHT Forumunun birgə təşkilatçılığı ilə keçirilir.

Forumda Azərbaycanda fəaliyyət göstərən 200-ə yaxın qeyri-hökumət təşkilatının nümayəndəsi, media təmsilçiləri, ictimai xadimlər iştirak edirlər.

Tədbirdə "Azərbaycan QHT-ləri: nəticələr və hədəflər", "Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadları", "COP29 və Yaşıl Dünya Naminə Həmrəylik Hərəkatı" mövzularında panel müzakirələr keçiriləcək.

Forum iki gün davam edəcək.

Seçilən
124
2
far.az

10Mənbələr