AZ

Bakıda 3 polisin öldürüldüyü hadisə yerindən VİDEO

 Lent.az-ın əməkdaşı hadisə baş verən evə gedib.

Rövşən Allahverdiyevlə bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi açılıb.

O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunurmuş.

Qeyd edək ki, iyunun 24-də paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib.

O, polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd edib, yaranmış vəziyyətdən istifadə edərək “Lancaster” markalı ov silahından atəş açaraq 3 nəfər polis əməkdaşını və 1 nəfər mülki vətəndaşı qətlə yetirib.

Davam etdirilən tədbirlərlə R.Allahverdiyev polis əməkdaşları tərəfindən məhv edilib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
757
2
infoaz.ws

2Mənbələr