AZ

Qızının "Son zəng"inə qatılmayan Tom Kruz bu məşhurun konsertinə getdi

Hollivud ulduzu Tom Kruz qızı Surinin son zəng mərasimini buraxıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, aktyorun tanınmış həmkarı Keti Holms ilə birgə övladı Nyu-Yorkda məktəbi bitirib.

Surinin anası mərasimdə iştirak edib, lakin atası gəlməyib.

Ertəsi gün aktyor Londonda müğənni Teylor Sviftin konsertində görüntülənib.

Qeyd edək ki, 2006-cı ilin noyabrında Tom Kruz aktrisa Keti Holms ilə evlənib. Toy İtaliyada baş tutub. Mərasimdən altı ay əvvəl, 18 aprel 2006-cı ildə sevgililərin Suri adlı qızı dünyaya gəlib. 2012-ci ildə məşhurlar boşanıblar.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
3
milli.az

6Mənbələr