AZ

Azərbaycan 1-ci və 2-ci liqasının başlama tarixləri açıqlandı


Futbol üzrə Azərbaycan 1-ci və 2-ci liqanın başlama tarixləri bəlli olub.

Futbolinfo.az PFL-in saytına istinadən xəbər verir ki, 2-ci Liqa sentyabrın 1-də start götürəcək. 1-ci Liqa 10 gün sonra – 11 sentyabrda başlayacaq.

Mövsümün püşkatma mərasiminin vaxtı da müəyyənləşib. Mərasim 13 avqust tarixində AFFA-nın inzibati binasında keçiriləcək və saat 15:00-da başlanacaq

Seçilən
38
1
futbolinfo.az

3Mənbələr