AZ

Türkiyə klubundan beş transfer

Türkiyənin “Trabzonspor” klubu beş yeni transferini açıqlayıb.

Msport.az Superliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, “bordo-mavililər” Ozan Tufan, Denis Draquş, Con Landstrem, Borna Barişiç və Entoni Nvakaeme ilə anlaşıb. Həmin oyunçularla yaxın zamanda rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, ötən mövsüm Türkiyə Superliqasını üçüncü pillədə bitirən “Trabzonspor” UEFA Avropa Liqasında oynamaq hüququ əldə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
3
msport.az

7Mənbələr