AZ

Türkiyədə kriptovalyuta bazarına tələblər sərtləşdirilir

Bakı. Trend:

Türkiyə kriptovalyuta bazarı ilə bağlı tənzimləyici və nəzarəttədbirlərini sərtləşdirməyi planlaşdırır.

Trend xəbər verir ki, müvafiq təkliflər bu gün Türkiyə BöyükMillət Məclisinin iclasında baxılacaq “Türkiyənin maliyyə bazarlarıhaqqında qanunda dəyişiklik edilməsi haqqında” qanun layihəsində özəksini tapıb.

Qanun layihəsinə görə, bundan sonra kriptohesablar üçünxidmətlər yalnız Türkiyə Maliyyə Bazarlarına Nəzarət Qurumunun(SPK) rəsmi icazəsi ilə həyata keçiriləcək.

Qanunun tələblərinə məhəl qoymayan fiziki və hüquqi şəxslər yeniqaydalar çərçivəsində maksimum dərəcədə məsuliyyətə cəlb olunacaq.Onları 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası və yakülli miqdarda cərimələr gözləyir.

Eyni zamanda, kriptovalyuta bazarında dövlətin məlumatı iləfəaliyyət göstərən bütün fiziki şəxslər və təşkilatlar hər il mayayının sonuna qədər illik mənfəətin bir faizini SPK-nın, eyniməbləği Türkiyə Elmi və Texniki Araşdırmalar Şurasının (TÜBİTAK)büdcələrinə ödəməli olacaqlar.

Ölkə qanunvericiliyinə edilən dəyişikliklərin qüvvəyəminməsindən üç ay sonra Türkiyədə kripto-aktiv xidmətləri göstərənbütün xarici şəxslərin və qurumların fəaliyyəti qadağanediləcək.

Seçilən
98
6
az.trend.az

7Mənbələr