AZ

ƏHD Partiyası Şüvəlanda baş verən cinayətlə bağlı açıqlama yayıb

Yazını böyüt
Yazını kiçilt

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının İdarə Heyətinin iclası keçirilib.

Hafta.az-ın yazdığına görə, partiyanın İdarə Heyəti öncə paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində vəzifə borclarını yerinə yetirərkən həlak olan polis əməkdaşları və mülki vətəndaşımızın ölümü ilə bağlı başsağlığı açıqlaması yayıb. Açıqlamada deyilir: “Vəzifə borclarını yerinə yetirərkən həlak olan polis kapitanı Eldəniz Məmmədov, polis serjantı Mahir Ağayev, polis serjantı Mirəli Heydərovun və mülki vətəndaşımızın ölümündən kədərləndirdiyimizi bildirir, Daxili İşlər Nazirliyinin əməkdaşlarına, qətlə yetirilən şəxslərin doğma və yaxınlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk”.

İdarə Heyəti daha sonra Dağıstanda, Azərbaycanla sərhəddə baş verən terror aktını, xüsusilə kilsə və sinaqoqun yandırılmasını qətiyyətlə pisləyib: “Terror aktı nəticəsində həyatını itirən polis əməkdaşları və mülki şəxslərə Allahdan rəmət, yaralılara şəfa diləyirik”.

İdarə Heyəti həmçinin növbədənkənar parlament seçkisinin keçirilməsinə dair Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsünü dəstəklədiyini açıqlayıb və seçkidə iştirakla bağlı qərar qəbul edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
6
hafta.az

6Mənbələr