AZ

Saxladığı şəxsi öldürən keçmiş polis işçisi müharibəyə getdi – ƏTRAFLI

Rusiyada daha bir məhkum, keçmiş polis işçisi Ukraynaya müharibəyə yollanıb. Belə ki, bir il əvvəl Tuvada saxlanılan şəxsi qətlə yetirən cinayət axtarış idarəsinin keçmiş rəisi həbsxanadan vaxtından əvvəl çıxşaq üçün Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalayıb. 

KONKRET.az xəbər verir ki, bu barədə rus teleqram kanallarına öldürülən Əlişir Maxmutovun yaxınları məlumat verib.

Qızıl Orlan Sarıq-Donqak saxlanılan şəxsi öldürməkdə və yandırmaqda təqsirli bilinib. Koloniyada o, Ukraynada döyüş əməliyyatlarında iştirak etmək üçün Müdafiə Nazirliyi ilə müqavilə imzalayıb.

Onun tabeliyində olan keçmiş polis işçisi Alim Kenden də onunla birlikdə davaya gedib. Qeyd edək ki, 2023-cü ilin oktyabrında keçmiş polislər Maxmutovun qətlinə görə 18 və 14 il həbs cəzası alıblar.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Seçilən
172
konkret.az

1Mənbələr