AZ

Bakıda xidməti vəzifələrini yerinə yetirərkən həlak olan üç polislə vida mərasimi keçirilir (VİDEO)

İyunun 24-də paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində silahlı incidentdə həlak olan polis əməkdaşları - polis kapitanı Eldəniz Məmmədov, polis serjantı Mahir Ağayev və polis serjantı Mirəli Heydərovla vida mərasimi keçirilir. //Oxu.az

Qeyd edək ki, davam etdirilən tədbirlərlə R.Allahverdiyev polis əməkdaşları tərəfindən zərərsizləşdirilmişdir.

Xəbər verdiyimiz kimi, əvvəllər dəfələrlə məhkum olunmuş 1986-cı təvəllüdlü Rövşən Oqtay oğlu Allahverdiyev iyunun 24-də paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində 3 polisi, bir mülki vətəndaşı öldürüb.

Qaynarinfo Baku TV-yə istinadən, hadisənin baş verdiyi Şüvəlan qəsəbəsindəki ərazidən görüntüləri təqdim edir:

Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
10
qaynarinfo.az

10Mənbələr