AZ

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketini qəbul edib

Bakı. Trend:

Avropa İttifaqı Rusiyaya qarşı 14-cü sanksiyalar paketini qəbuledib. Rusiya Federasiyasının 116 fiziki və hüquqi şəxsiməhdudiyyətlərə məruz qalıb.

Trend xəbər verir ki, Brüssel, həmçinin Rusiya, Çin, BirləşmişƏrəb Əmirlikləri və Türkiyənin 61 kompaniyasını 14-cü sanksiyapaketinə daxil edib, onlara ikili təyinatlı texnologiyalarınınixracına məhdudiyyətlər qoyulub.

Avropa İttifaqı Rusiyadan maye qaz almağa davam etsə də, onuntəkrar ixracını qadağan edib. Eyni zamanda üçüncü ölkələrə hərbiməhsul satan Avropa şirkətləri onların Rusiyaya təkrar ixracı iləbağlı riskləri müəyyənləşdirməli və qiymətləndirməlidir.

Yeni sanksiyalar paketinə, həmçinin Rusiya maye qazının Avropalimanlarından tranzitinə məhdudiyyətlər, rusların Ukraynadançıxardığı mədəni və tarixi sərvətlərin satışına qadağalar, buölkəyə helium idxalının, həmçinin, elektron komponentlərin, manqanvə digər nadir elementlərin ixracının məhdudlaşdırılmasıdaxildir.

Yeni sanksiyalar paketində Avropa İttifaqınınaviakompaniyalarına rusiyalı fiziki və hüquqi şəxslərin sifarişiilə çarter və şəxsi uçuşlar həyata keçirmək də qadağan olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
7
az.trend.az

7Mənbələr