AZ

Bələdiyyə sədrinin seçilməsi ilə bağlı yeni qayda müəyyən edilir

Bakı. Trend:

Azərbaycanda yeni seçilən bələdiyyənin ilk iclasının keçirilməsivə sədrin seçilməsi ilə bağlı yeni qayda müəyyən edilir.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli MəclisinRegional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəedilən “Bələdiyyələrin statusu haqqında” qanuna təklif olunandəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, yeni seçilən bələdiyyənin ilk iclası AzərbaycanRespublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən bələdiyyəseçkilərinin yekunları elan edildikdən sonra 5 iş günü müddətindəkeçiriləcək. Bələdiyyənin ilk iclasında bələdiyyənin sədriseçilənədək yaşı daha çox olan üzv iclasa sədrlik edəcək. İclasasədrlik edən bələdiyyəyə üzv seçilmiş şəxslərin siyahısını elanedəcək, ilk iclası bələdiyyə sədri və iclas katibi seçilənədəkaparacaq.

Bələdiyyənin sədri açıq və ya gizli səsvermə yolu ilə seçiləcək.Bələdiyyənin sədri bələdiyyə üzvlərinin yarısından çoxunun səsinitopladıqda seçilmiş hesab olunacaq. Bələdiyyənin ilk iclasındabələdiyyə sədri və iclas katibi seçildikdən sonra iclasın gündəliyitəsdiq ediləcək.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
8
az.trend.az

10Mənbələr