AZ

“Ölkəmiz yaşıl enerji istehsalı sahəsində böyük layihələrə imza atıb“ - DEPUTAT ŞƏRH EDİLDİ

“Azərbaycanda bərpaolunan enerjinin daha da genişləndirilməsi istiqamətində bir çox tədbirlər həyata keçirilib və hazırda bu sahədə yeni layihələr reallaşmaqdadır. Biz COP29-za hazırlaşırıq. Bildiyiniz kimi, Azərbaycanda bu istiqamət üzrə yaxşı sərmayə mühiti var. Ölkəmiz yaşıl enerji istehsalı sahəsində böyük layihələrə imza atıb və bu istiqamətdə işlər davam etdirilir. Prezident cənab İlham Əliyev 21 iyun tarixində "Euronews" televiziya kanalına müsahibəsində Azərbaycanın neft-qaz ixrac edən ölkə olmaqla yanaşı yaxın gələcəkdə yaşıl enerji ixrac edən dövlət olacağını və bu sahədə dünyanın nəhəng enerji şirkətləri ilə əməkdaşlıq edildiyini vurğuladı”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Ülviyyə Həmzəyeva deyib.

Deputat bildirib ki, bu gün Azərbaycan yaşıl gündəliyi nümayiş etdirir və nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir: “2023-cü ildə dünyanın nəhəng enerji şirkətlərindən olan "Masdar" ölkəmizdə günəş elektrik stansiyası inşa etdi. Bu gün isə, Azərbaycan ənənəvi enerjidən əldə etdiyi gəlirləri bərpa olunan enerji istehsalına yönəldir. COP-29-a ev sahibliyi edən Azərbaycanın yaşıl enerjiyə keçid prosesində öndə gedən dövlətlərdən olması dünya ölkələrinə bir nümunədir.

Azərbaycan bərpa olunan enerji istehsalı ilə əlaqədar "Masdar" şirkəti ilə yanaşı "ACW Power" və "BP" şirkətləri ilə də sıx əməkdaşlıq edir. Eyni zamanda bir çox dövlətlərin şirkətləri də ölkəmizlə əməkdaşlıq etməyə maraqlıdırlar.

"Azərbaycan COP29 zamanı və ondan sonra da sədrliyi davam edəcəyi dövrdə elə müsbət mühit qurmaq istəyir ki, ölkələr və şirkətlər bir-biri ilə istəklə işləsin və qarşılıqlı iddiaları kənara qoysunlar, planetin qorunması ilə əlaqədar əsas gündəliyə diqqət yetirsinlər".

Azərbaycanın yaşıl enerji istehsalı və ixracı təbii qaza da böyük həcmdə qənaət etmiş olur. Bu isə Avropa dövlətlərinə təbii qazın nəqlinin artırılmasına səbəb olacaq. Artıq Azərbaycan neft, qaz sahəsində olduğu kimi yaşıl enerji sahəsində də böyük uğurlar qazanıb və uğurlar davam etdirilir. Azərbaycanın enerji siyasətinin əsasını bəşəriyyətin sağlam gələcəyinin qorunmasında və bu məqsəd naminə bütün dövlətlərin birlik və həmrəylik nümayiş etdirilməsində vacibliyini təşkil edir. Azərbaycan bu sahədə də dünyaya bir nümunə göstərməkdədir!”

Müəllif: Səbinə Hüseynli
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
1
sia.az

4Mənbələr