AZ

Millimiz dünya reytinqində gerilədi

Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət komandaların reytinq siyahısı açıqlanıb.

Sportnet.az xəbər verir ki, cədvəldə dünyanın ən yaxşı 30 komandası yer alıb.

Azərbaycan millisi dünyada 7-cidir. Yığmamızın hesabında 353,841 xal var.

Cədvələ Kanada başçılıq edir – 694,993. Fransa (538,857), Çin (472,256), Niderland (414,802), Almaniya (394,524) və “Düsseldorf ZOOS” (371,189) millimizi qabaqlayır.

Qeyd edək ki, ötən cədvəldə 6-cı olan millimiz Düsseldorf təmsilçisini özündən önə buraxıb.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
2
sportnet.az

4Mənbələr