AZ

Avro-2024:İspaniya millisi üçün formal oyun, İtaliya Xorvatiyaya qarşı

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının B qrupunda bu gün mübarizəyə yekun vurulacaq.

Sonuncu – III turda İspaniya millisi Albaniya ilə, İtaliya yığması isə Xorvatiya ilə qarşılaşacaq. Hər iki görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qrup liderliyini və 1/8 final mərhələsinə vəsiqəni ötən tur təmin edən ispaniyalılar üçün bugünkü qarşılaşma formal xarakter daşıyır. İtaliyalılar isə pley-offa qrup ikincisi kimi adlamaq üçün Xorvatiyaya uduzmamalıdır.

Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.

Avro-2024

B qrupu, III tur

24 iyun

23:00. Albaniya – İspaniya

23:00. Xorvatiya – İtaliya

Xal durumu: İspaniya – 6, İtaliya – 3, Albaniya – 1, Xorvatiya – 1(azərtac).

Seçilən
57
1
azpost.info

2Mənbələr