AZ

Naqelsman: “Buna layiq idik”

“İsveçrə güclü rəqibdir”. Bunu Almaniya millisinin baş məşqçisi Yulian Naqelsman Macarıstan ilə keçirilən AVRO-2024-ün qrup mərhələsinin III turunun oyunundan sonra mətbuat konfransında deyib.

36 yaşlı mütəxəssis A qrupunu birinci sırada başa vurduqlarına görə sevincli olduğunu söyləyib: “Heç-heçə etsək də, qrupu lider olaraq tamamladıq və bu sevindiricidir. Oyunda geridönüş yaradaraq xal qazandığımız üçün xoşbəxtəm. Buna layiq idik. Start heyətini müəyyənləşdirmək üçün rəqib komandanı təhlil edirik. Ehtiyat oyunçular skamiyasında oturan Niklas Fullkruqun oyuna daxil olaraq növbəti dəfə qol vurması əladır”.

Qeyd edək ki, A qrupunun matçında Almaniya İsveçrə yığması ilə heç-heçə edib – 1:1.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
1
futbolinfo.az

2Mənbələr