AZ

Baş prokuror: Bizə “miras” qalmış ağrılı-acılı problem birdəfəlik həll edilib

Bakı, 24 iyun, AZƏRTAC

“Bizə “miras” qalmış ağrılı-acılı problem birdəfəlik həll edilib”.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bunu Baş prokuror Kamran Əliyev Xankəndi şəhərində keçirilən “Ətraf mühitin gücləndirilməsində maarifləndirmə və hüquq mühafizə tədbirlərinin rolu” mövzusunda elmi-praktiki konfransda deyib.

O xatırladıb ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi və yenilməz, rəşadətli Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı nəticəsində 10 milyonluq Azərbaycan xalqı 44 gün ərzində ərazi bütövlüyümüzü bərpa edib: “Hər bir azərbaycanlının qəlbində yüksək qürur hissləri yaradan Şanlı və tarixi qələbəmiz Azərbaycan xalqında milli oyanışa, yeni bir dirçəlişə, birliyə səbəb oldu. Qırx dörd günlük Vətən müharibəsində Azərbaycan dövləti qətiyyətli qələbə qazandı. Ötən ilin sentyabrın 20-də 24 saatdan da az müddətdə yekunlaşan “ildırımsürətli”, lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın öz suverenliyini tam bərpa etməsi bir daha sübut etdi ki, ölkəmiz qüdrətli dövlətdir və onun sarsılmaz, qətiyyətli mövqeyə, dəmir iradəyə malik rəhbəri – Müzəffər Ali Baş Komandanı var”.

K.Əliyev deyib ki, məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu düşmən üzərində qəti qələbə qazanaraq, bizə “miras” qalmış bu ağrılı-acılı problemi birdəfəlik həll edib: “Əminliklə deyə bilərik ki, Prezident İlham Əliyev öz adını milli tariximizin son 200 ildə ən şanlı və müzəffər sərkərdəsi kimi Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə əbədi həkk etdi. Bu tarixi dəyişikliyin dərk olunması üçün çox vaxt tələb ediləcək, bəlkə də tamlığı ilə qəbul olunması zəfərlə yoğurulmuş yeni nəslə nəsib olacaq”.

 

 

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
12
azertag.az

10Mənbələr