AZ

Ermənilər atəşkəsi buna görə pozur - Səbəbi bilindi

“Ötən həftə atəşkəs Naxçıvan istiqamətində pozulanda belə versiyalar səslənirdi ki, bu,  Ermənistandakı təxribatçı qüvvələrin Zəngəzur dəhlizinin reallaşması və Kərki kəndinin geri qaytarılması mümkünlüyü əleyhinə atdığı addımdır, gedişata mane olmaq istəyirlər. 

Atəşkəsin Kəlbəcər istiqamətində pozulmasının arxasında da Ermənistandakı revanşist qüvvələrin dayanması ehtimalı yüksəkdir”.

Yenisabah.az xəbər verir ki, bunu siyasi ekspert Elxan Şahinoğlu son günlər Naxçıvan və Kəlbəcər iatiqamətində atəşkəsin pozulmasına münasibət bildirərkən deyib.  SEO Xidməti

E.Şahinoğlu atəşkəsin pozulmasında maraqlı olan qüvvələrin əməlini belə şərh edib: 

“Bunun mexanimzi çox sadədir. “Qarabağ klanı” və ya digər radikal qüvvələr ordudakı tərəfdarlarından bir qrupuna mesaj göndərirlər ki, Azərbaycan tərəfə atəş açın. Və ya radikal qüvvələrin nümayəndələrindən bir qrupu maşınla sərhəd kəndlərdən birinə yaxınlaşaraq Azərbaycan tərəfə atəş açırlar. Bu ilin fevral ayında qarşı tərəf atəş açaraq hərbçimizi yaraladıqda, baş nazir Nikol Paşinyan bunun təxribat olduğunu anlayaraq orduda bəzi yerdəyişmələr etdi. Ancaq bu prosesi ya sona çatdıra bilmədi, ya sona çatdırmağa risk etmədi. Bütün hallarda atəşkəsin pozulmasının intensiv hal alması gərginliyi artırır, bu isə öz növbəsində danışıqlar prosesinə mənfi təsir edir”. 

Xatırladaq ki, ötən həftənin sonunda Ermənistan Ordusu iki dəfə ard-arda Kəlbəcəri atəşə tutublar. 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
7
yenisabah.az

10Mənbələr