AZ

Həlak olan polislər və zərərsizləşdirilən şəxs – FOTO

Ötən gecə Bakıda keçirilən əməliyyat zamanı həlak olan polis əməkdaşlarının kimliyi məlum olub.

TEMPİNFO xəbər verir ki, onlar polis kapitanı Eldəniz Məmmədov, polis serjantları Mahir Ağayev və Mirəli Heydərovdur.

Vəfat edən serjantlar DİN-in Çevik Polis Alayının əməkdaşları olub.

Polis tərəfindən zərərsizləşdirilən və axtarışda olmuş 1986-cı təvəllüdlü Allahverdiyev Rövşən Oqtayın fotosunu təqdim edirik:

Xatırladaq ki, Paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində iyunun 24-də əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərilib.

Məlumata görə, o, polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd etmiş, yaranmış vəziyyətdən istifadə edərək “Lancaster” markalı ov silahından atəş açaraq 3 nəfər polis əməkdaşını və 1 nəfər mülki vətəndaşı qətlə yetirib.

Davam etdirilən tədbirlərlə R.Allahverdiyev polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

TEMPİNFO

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
35
tempinfo.az

10Mənbələr