AZ

Bakıda “Yerli şirkətlərin tanıtım sərgisi”nə start verilib

Image

Bu gündən Bakı Ekspo Mərkəzində “Yerli şirkətlərin tanıtım sərgisi”nə start verilir. 3 gün davam edəcək və bu il 5-ci dəfə keçiriləcək sərgidə qida, İKT, təhsil, inşaat, sənaye, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 150-dən çox yerli şirkət öz məhsul və xidmətlərini nümayiş etdirəcək.

Sərginin əsas məqsədi Azərbaycan şirkətlərinin fəaliyyətini geniş kütləyə tanıtmaq, onlar üçün yeni bazarlar açmaq, şirkətlər arasında qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdir. Ziyarətçilər sərgidə müxtəlif sektorlarda fəaliyyət göstərən şirkətlərin yeni məhsul və xidmətləri ilə də yaxından tanış ola biləcəklər.

Mətləb Salahov





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
16
baki-xeber.com

10Mənbələr