AZ

Şabranda evə basqın olub; ölən və yaralanan var

Şabran rayonunda evə basqın olub.

Avtosfer.az xəbər verir ki, Şabranın "Üç sotlar" yaşayış massivindəki fərdi yaşayış evlərdən birinə basqın olunub.

İlkin ehtimala görə, oğurluq məqsədilə edilən basqın zamanı ev sahiblərindən rayon sakini Hüseynova Gülnarə Şıxkərim qızı öldürülüb. Onun həyat yoldaşı, 1966-cı il təvəllüdlü Hüseynov Arif Qaspar oğlu isə ağır bədən xəsarətləri ilə xəstəxanaya aparılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

(report)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
49
avtosfer.az

10Mənbələr