AZ

Qırğızıstandan Rusiyaya DƏSTƏK MESAJI – “Terrorizmə qarşı çıxırıq”

Qırğızıstan Prezidenti Sadır Japarov Dağıstanda baş vermiş terror aktı ilə əlaqədar başsağlığı verib və Rusiya Federasiyasının milli təhlükəsizliyin təmin edilməsi istiqamətində səylərini dəstəklədiyini bildirib.

Viral.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

“Qırğız Respublikasının Prezidenti Sadır Japarov Dağıstanda baş vermiş terror aktı ilə əlaqədar Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı teleqramı göndərib”, – deyə məlumatda bildirilir.

Japarov həlak olanların yaxınlarına səbir, faciə nəticəsində xəsarət alanların tezliklə sağalmasını arzulayıb.

“Qırğızıstan terrorizmin bütün formalarına qətiyyətlə qarşı çıxır və Rusiya hökumətinin öz milli təhlükəsizliyini təmin etmək səylərini dəstəkləyir”, – mətbuat xidməti Qırğızıstan prezidentindən sitat gətirir. 

Yusif EYVAZLI

a.social-link-anchor svg { color: white; fill: white; } a.social-link-anchor.email svg { color: #444444; fill: #444444; } a.social-link-anchor.facebook { background-color: #1778f2; } a.social-link-anchor.twitter { background-color: #1da1f2; } a.social-link-anchor.linkedin { background-color: #0d66c2; } a.social-link-anchor.pinterest { background-color: #e60122; } a.social-link-anchor.email { background-color: #f0f0f0; } a.social-link-anchor { width: 36px; height: 36px; display: flex; align-items: center; justify-content: center; border-radius: 2px; } a.social-link-anchor:hover { transform: scale(1.1); } a.social-link-anchor { transition: all 0.15s ease; } li.social-link { list-style: none; } ul.end-post-layout { display: flex; gap: 15px; flex-direction: row; flex-wrap: wrap; } ul.left-post-layout { display: flex; gap: 10px; flex-direction: column; flex-wrap: wrap; position: fixed; top: 50%; left: 10px; transform: translateY(-50%); align-content: flex-start; margin: 0px!important; background-color: white; padding: 5px; } ul.right-post-layout { display: flex; gap: 10px; flex-direction: column; flex-wrap: wrap; position: fixed; top: 50%; right: 10px; transform: translateY(-50%); align-content: flex-start; margin: 0px!important; background-color: white; padding: 5px; }

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
49
viral.az

10Mənbələr