AZ

Yaşıl dünya naminə həmrəylik siyasəti! - ŞƏRH

Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın enerji siyasəti bu gün ölkəmizin daha böyük zirvələr fəth etməsinə, möhkəmlənməsinə səbəb olub. Ötən əsrin doxsanıncı illərinin ortalarında başladılan bu siyasət ənənəvi enerji mənbələri sayəsində idisə, bu gün Azərbaycan daha irəli gedərək bərpaolunan enerji mənbələri hesabına inkişaf etdirilir. Məlumdur ki, hazırda iqlim dəyişmələrinin fəsadlarına qarşı qlobal səviyyədə mübarizə həyata keçirilir. Dünya yaşıl enerji sahəsinə daha çox diqqət və önəm verməyi qarşıya məqsəd kimi qoyub. Bu istiqamətdə  yeni imkanlar, yeni əlaqələr, potensiallar dəyərləndirilir. Bu da əlbəttə ki, öz növbəsində  yeni əməkdaşlıq imkanlarına yol açılır. Ölkəmiz də beynəlxalq birliyin fəal üzvü kimi irəli sürülən təşəbbüsləri dəstəkləməklə parale əməli addımlar, işlər həyata keçirir. Ətraf mühitin qorunması, iqlim dəyişmələrinə qarşı mübarizə və yaşıl texnologiyaların tətbiqi məsələsi Azərbaycanın sosial-iqtisadi inkişafının prioritetlərindən biri kimi qəbul edilib. Belə ki, 2030-cu ilə qədər ölkəmiz məhz "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" olaraq müəyyənləşdirilib. Bu fakt özlüyündən çox mətləbdən xəbər verir. Bildiyimiz kimi cənab Prezident İlham Əliyevin 2023-cü il 25 dekabr tarixli Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Göründüyü kimi ətraf mühitin qorunması, yaşıl enerji və onun istifadəsi ölkəmizin əsas siyasi-iqtisadi xəttini təşkil edən məsələlərdən biri kimi qəbul edilib. Bu mənada son iki ildə həyata keçirilən siyasət, əsası qoyulan layihələr ölkəmizin  bərpaolunan enerji siyasətinin bariz göstəricisidir. Əlbəttə ki, bu hələ  başlanğıcdır. Azərbaycan gələcək prespektivdə bütün imkanlardan maksimum yararlanmaq və bu siyasəti daha da inkişaf etdirmək məqsədini qarşıya qoyub. Bu günlərdə “Euronews” telekanalına müsahibə verən Ölkə başçısı cənab İlham Əliyev bu istiqamətdə Azərbaycanın gələcək məqsədləri barədə də ətraflı danışdı. BƏƏ-dən olan “Masdar” şirkəti ilə ölkəmizin əməkdaşlığını çox uğurlu adlandıran cənab Prezident bu şirkəttərəfindən inşa ediləcək üç günəş və külək enerjisi elektrik stansiyalarının ümumi siyasətə xidmət etdiyini diqqətə çatdırdı. Bəli, görünən odur ki, Azərbaycan beynəlxalq səviyyədə mübarizə aparılan iqlim dəyişmələrinə qarşı mübarizədə yaxından iştirak edir. Atmosferə atılan zərərli qazların miqdarının azaldılması bəşəriyyətin gələcək inkişafına müsbət mənada təsir edəcəkdir.Təhmasib Məlikov;Neftçala rayonu, Şəhid atası

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
40
baku.news

10Mənbələr