AZ

İtaliya Xorvatiya ilə üz-üzə, İspaniya Albaniyaya qarşı

Bu gün AVRO-2024-ün B qrupunda mübarizəyə yekun vurulacaq.

İdman.biz xəbər verir ki, III turun hər iki görüşü eyni vaxtda keçiriləcək.

İki qələbə ilə qrupda 1-ci yeri təmin edən İspaniya Albaniyanı sınağa çəkəcək. Digər qarşılaşmada İtaliya ilə Xorvatiya üz-üzə gələcək.

Qeyd edək ki, qrup mərhələsinə iyunun 26-da yekun vurulacaq.

AVRO-2024

Qrup mərhələsi, III tur

24 iyun, B qrupu

23:00. Albaniya – İspaniya

Baş hakim: Qlen Niberq (İsveç)

Düsseldorf Arena

23:00. Xorvatiya – İtaliya

Baş hakim: Danni Makkeli (Niderland)

Leyptsiq Ştadium

1 İspaniya 2 2 0 0 4-0 6
2 İtaliya 2 1 0 1 2-2 3
3 Albaniya 2 0 1 1 3-4 1
4 Xorvatiya 2 0 1 1 2-5 1

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
1
msport.az

2Mənbələr