AZ

Qırılan lift qəzalı imiş - VİDEO

Xəbər verdiyimiz kimi, Bakıda Ağa Nemətulla küçəsi 70 ünvanında 17 mərtəbəli binada lift qırılıb.
  Manset.az Baku TV-yə istinadən xəbər verir ki, liftin trosu 7-ci mərtəbədə olarkən qırılıb. Hadisə nəticəsində trosu qırılan lift 1-ci mərtəbəyə düşüb. Sakinlərin bildirdiyinə görə, lift qəzalı vəziyyətdə olub, hətta 4 nəfərdən çox şəxsin liftə minməsi qadağan edilibmiş: “Səs eşitdik, baxdıq ki, lift qırılıb, amma qapısı açıq vəziyyətdədir. Həmin vaxt içərisində 7 nəfər var idi, onların da çəkisi çox olub. Halbuki lift qəzalı olduğu üçün 4 nəfərdən çox şəxsin minməsi qadağan idi”. Ətraflı videomaterialda:

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
7
manset.az

8Mənbələr