AZ

Dağıstanda teraktın arxasında bu ölkələr dayanır – İDDİA

Dövlət Dumasının Dağıstandan olan deputatı Abdulhakim Hacıyev terror aktlarında Ukrayna və NATO ölkələrinin kəşfiyyat xidmətlərinin birbaşa əli olduğunu bildirib.

Medianews.az lent.az-a istinadən xəbər verir ki, bu barədə o, Teleqram səhifəsində yazıb.

Onun fikrincə, xüsusi əməliyyatda əldə olunan uğurlar fonunda Rusiya Federasiyasında vəziyyəti sarsıtmaq məqsədi ilə bu teraktlar törədilib:

“Dağıstan rəhbəri vəziyyətə nəzarət edir, lazımi qərarlar alınır, terrorçuların tutulması və məhv edilməsinə yönəlmiş əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Bütün terrorçular məhv ediləcək. İşləyin, qardaşlar!”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
5
medianews.az

6Mənbələr