AZ

Dağıstanda 3 günlük matəm elan olundu

İyunun 23-ü Dağıstanda törədilmiş terror aktlarına görə 24, 25 və 26 iyun tarixlərində 3 günlük matəm elan olunub.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Dağıstan Respublikasının rəhbəri Sergey Melikov Fərman imzalayıb.

Bildirilib ki, matəm günlərində respublikanın bütün ərazisində dövlət bayraqları yarıya qədər endiriləcək. Həmçinin ölkə ərazisində bütün əyləncə tədbirləri və proqramlar ləğv edilib.

Xatırladaq ki, iyunun 23-ü axşam saatlarında Dağıstanın Dərbənd və Mahaçqala şəhərlərində naməlum şəxslər sinaqoq və kilsəni avtomat silahlardan atəşə tutub. Hadisə nəticəsində 15-dən çox polis əməkdaşı vəfat edib.

Seçilən
122
2
qafqazinfo.az

3Mənbələr