![](https://sportnet.az/uploads/posts/2024-06/medium/1719179721_17191780112965045694_1200x630.jpg)
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının A qrupunun III turunda keçirilən Şotlandiya-Macarıstan oyununda xoşagəlməz hadisə baş verib.
Sportnet.az xəbər verir ki, matçın 70-ci dəqiqəsində macarların hücumçusu Barnabaş Varqa ciddi zədə alıb.
Mübarizə zamanı rəqib qapıçı Anqus Qannla toqquşan hücumçu huşunu itirib və meydanı xərəkdə tərk edib.
Qeyd edək ki, Şotlandiyaya 1:0 hesabı ilə qalib gələn Macarıstan seçməsi 3 xalla qrupda 3-cü pilləyə yüksələrək 1/8 finala vəsiqə şansını saxlayıb.